İki erməni əsgəri yaralandı

İrəvan yaxınlığında baş vermiş yol qəzasında iki erməni əsgəri yaralanıb. SİA erməni KİV-nə istinadən xəbər verir ki, 23 yaşlı Sergey D.-nin idarə etdiyi "QAZ-24" və 29 yaşlı Razmik G.-nin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eyni zamanda sərnişin 35 yaşlı Karen M. yaralanıb. “Mersedes” markalı avtomobilin sürücüsü və sərnişini Ermənistan ordusunun hərbçiləridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə