Xəlifə Haftar qüvvələri bombardmanı davam etdirir

Xəlifə Haftar qüvvələri bombardmanı davam etdirir

Xəlifə Haftar qüvvələri tərəfindən paytaxtın cənubuna hazırlanmış hücumlarda Əbu Səlim bölgəsindəki məhəllə bombardman edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər yaralansa da, ətrafa ciddi ziyan dəyib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), milli Sosial Uzlaşma Hökuməti (UMH) ilə əlaqəli qüvvələr tərəfindən həyata keçirilən Burhan el-Gadab (Rage Volcano) Əməliyyatının sosial media hesabından verdiyi açıqlamada Xəlifə Haftar hərbçilərinin Tripoliyə və Əbu Səlim rayonundakı bir məhəlləyə bomba hücumu zamanı ölənlərin olduğunu, evlərə və avtomobillərə ziyan dəydiyini açıqlayıb və dəyən maddi ziyanla bağlı görüntülər paylaşılıb.

Berlin konfransında atəşkəslə əlaqəli ümumi çağırışlara baxmayaraq, Xəlifə Haftar paytaxta hücumlarını davam etdirir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə