Qvineyanın şimalındakı Siguiri bölgəsində qızıl mədənlərinin birində meydana gələn sürüşmə nəticəsində ən az 8 nəfər həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, yerli mətbuat hadisənin şənbə günü Siguirinin Norassoba şəhərində yeni açılan mədəndə sütunlar çökməsi nəticəsində baş verdiyini açıqlayıb. Uçqunun baş verməsi səbəbindən 8 nəfərin öldüyü, çox sayda mədənçinin isə dağıntılar altında qaldığı bildirilib.
Qeyd edək ki, hadisə yerində axtarış-xilasetmə işləridavam etdirilir.
Xatırladaq ki, ötən ilin fevral ayında da eyni bölgədəki başqa bir qızıl mədənində çökmə faktı aşkar olunmuşdu və hadisə nəticəsində 17 nəfərdən çox insan həyatını itirmişdi.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB