Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 17 min 245 nəfərə, virusdan ölənlərin sayı isə 361 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb.
Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21 mini ötüb. İndiyədək 475 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan təxminən 2 min 300 nəfərinin vəziyyəti ağır qiymətləndirilir. Ölüm hallarının 350-si virusun aşkarlandığı və ən çox yayıldığı (11 min 777 nəfər) Xubey vilayətində qeydə alınıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB