Bakıda NATO-Rusiya danışıqlarının mümkün tarixi açıqlanıb

Bakıda NATO-Rusiya danışıqlarının mümkün tarixi açıqlanıb
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır. SİA-nın məlumatına görə, bu barədə diplomatik mənbədən məlumat verilib. Məlumatda deyilir: "Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini ordu generalı Valeriy Qerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir". Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə