Yaponiya hökuməti “Narita” beynəlxalq aeroportunda üçüncü uçuş-enmə zolağını inşa edəcək
Yaponiya hökuməti Tokio yaxınlığında yerləşən “Narita” beynəlxalq aeroportunda üçüncü uçuş-enmə zolağının inşası və digər iki zolağın genişləndirilməsi barədə layihəni bəyənib.
SİA Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, aeroportun rəhbəri Akihiko Tamura bununla əlaqədar lisenziyanı yanvarın 31-də Milli Torpaqlar, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyindən götürüb.
Layihənin 2029-cu ildə başa çatdırılmasından sonra Yaponiyanın bu ən böyük aeroportunda uçuş-enmə tezliyinin 70 faiz artacağı və ildə 500 minə çatacağı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB