Meksikada bara hücum: 2 ölü, 10 yaralı

Meksikada bara hücum: 2 ölü, 10 yaralı

Meksikanın Morelos ştatının Kuernavaka şəhərindəki "Antalya" adlı bara naməlum şəxslər tərəfindən silahlı hücum olub.

SİA "iz.ru" agentliyinə istinadən xəbərə verir ki, bu barədə regional prokurorluq məlumat yayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb.

Hücumun hansı səbəbdən baş verdiyi barədə məlumat açıqlanmayıb.

Qeyd edək ki, 2019-cu ildə Meksikada ən azı 35,5 min qəsdən adamöldürmə hadisəsi qeydə alınıb. Milli İctimai Təhlükəsizlik Sistemi bu statistikanı federal səviyyədə rekord hədd kimi dəyərləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə