Ərəb Liqası ABŞ-ın Yaxın Şərqdə sülh planını müzakirə edir

Ərəb Liqası ABŞ-ın Yaxın Şərqdə sülh planını müzakirə edir

Fevralın 1-də Qahirədə Ərəb Liqasının üzv dövlətləri ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planını müzakirə etmək üçün toplaşıblar. SİA Al Arabia telekanalına istinadla xəbər verir ki, təşkilatın rəhbəri Əhməd Abul-Qeytin sədrliyi və Xarici İşlər nazirlərinin iştirakı ilə keçirilən iclasda sözügedən planın detalları ətrafında fikir mübadiləsi aparılır. Tədbirə Fələstin nümayəndələri də dəvət olunub.

Qeyd olunub ki, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Oman Vaşinqtonun sülh planına dəstək veriblər. Misir isə İsrail və Fələstini bu təklifləri “diqqətlə öyrənməyə” çağırıb. Rəsmi Qahirə qeyd edib ki, Fələstin xalqının “müstəqil və suveren dövlət yaratmaq” üzrə qanuni haqlarını dəstəkləyir. İordaniya bəyan edib ki, 1967-ci ildə olmuş sərhədlər daxilində Fələstin dövlətinin yaradılması tərəfdarıdır. Buraya Qüdsün İsrail tərəfindən ilhaq edilmiş şərq hissəsi də daxildir.

Qeyd edək ki, İordaniya və Misir İsraillə sülh müqaviləsi bağlamış yeganə ərəb dövlətləridir.

Bütün xəbərlər Facebook səhifəmizdə