Brexit Avropada nəyi dəyişəcək?

Brexit Avropada nəyi dəyişəcək?

Dünən Böyük Britaniya rəsmi olaraq Avropa Birliyinin tərkibindən çıxdı. Bununla bərabər Birləşmiş Krallıq uzun bir keçid dövrünə qədəm qoydu. Bəs bu Avropada və Britaniyanın daxilində nələri dəyişəcək və ya nələr dəyizməz olaraq qalacaq?

Beləliklə həmin dəyişən və dəyişməyən proseləri sizin üçün sadalayırıq:

1. Britaniyalı millət vəkilləri Avropa Parlementindəki yerlərini itirəcəklər. Çünki, Avropa Birliyindən çıxdığı halda Britaniya ittifaqın bütün siyasi qurumları ilə əlaqələrini itirəcək.

2. Britaniya Avropa Birliyinin zirvə toplantılarında iştirak edə bilməyəcək. Bunun üçün Britaniyaya ittifaq dövlətləri tərəfindən xüsusi bir dəvət lazım olacaq. Həmçinin britaniyalı millət vəkilləri də bu toplantılara qoşula və qərarlara təsir edə bilməyəcək.

3. Artıq Birləşmiş Krallık istənilən dövlət ilə sərbəst şəkildə ticarət əlaqələri qura biləcək. Çünki Avropa Birliyinə üzv olduğu halda Britaniya ABŞ və Kanada kimi ölkələrlə rəsmi ticarət əlaqələri qura bilmirdi. Çünki ittifaq buna icazə vermirdi. İndi isə Britaniya iqtisadi siyasətini istədiyi kimi idarə edə biləcək.

4. Şəxsiyyət vəsiqələrinin rəngi dəyişəcək. Bu nə iqtisadiyyata, nə də dövlətin siyasi xəttində dəyişikliyə səbəb olacaq, sadəcə hazırki qırmızı cildli şəxsiyyət vəsiqələri ilin ortalarına qədər 30 il bundan əvvəl olduğu kimi mavi rəngdə cildlənəcək.

5. Brexit qəpikləri dövriyyəyə buraxılacaq. Yəni, Brexit şərəfinə Britaniya üstündə “Sülh, rifah və bütün xalqlarla dostluq” yazılan 3 milyon ədəd 50 penilik qəpik dövriyyəyə buraxacaq.

6. Böyük Britaniya və Avropa İttifaqı arasında Brexit danışıqlarını aparan qrupun işinə son qoyulacaq. Qeyd edək ki, Brexit Departamenti Teresa May tərəfindən 2016-cı ildə qurulmuşdu.

7. Almaniya cinayət törətmiş şəxsləri İngiltərəyə geri göndərə bilməyəcək. Çünki, Almaniya hökuməti Avropa Birliyi ölkələri istisna olmaqla heç bir dövlətin vətəndaşını geri qaytarmır. Bu vəziyyətdə Britaniya da artıq qeyri-üzv dövlət kimi qaydalara riayət etmək məcburiyyətində qalacaq.

Bəs, maraqlıdır, nə dəyişməyəcək?

1. Səyahət. Təyyarələr, qatarlar, gəmilər əvvəlki kimi fəaliyyətinə davam edəcək.

2. Vəsiqələr və ev heyvanlarının pasportları. Qüvvədə olduğu müddətçə qəbul ediləcək.

3. Avropa Sağlamlıq Sığortası Kartı. Bu kartlardan istənilən Avropa Birliyi vətəndaşı istifadə edə bilər və keçid dövründə də Britaniya üçün heç nə dəyişməyəcək.

4. Avropa Birliyində yaşamaq və çalışmaq. Bundan sonra da Britaniya xalqına sərbəst hərəkət etmə, yaşamaq və çalışmaq hüququ veriləcək.

5. Pensiyalar. Avropa Birliyində yaşayan britaniyalılar dövlətdən pensiya və illik artımlarını əvvəlki kimi ala biləcək.

6. Keçid dövrü ərzində (keçid dövrü 30 yanvardan 31 dekabra kimi olan dövrü əhatə edir) Britaniya Avropa İttifaqının büdcəsinə pul ödəməyə davam edəcək. Bu sırf layihələrin maliyyələşməsi üçün vacib hesab olunur.

7. Ticarət. Avropa Birliyi və Böyük Britaniya arasındakı ticarət əlaqələri olduğu kimi davam edəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə