Yazıçı Stiven King "Facebook"u tənqid edib

Yazıçı Stiven King "Facebook"u tənqid edib

Yazıçı Stiven King sosial şəbəkəni yalançılıqda və şəxsi məlumatların düzgün qorunmamasında ittiham edərək "Facebook"u tənqid edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, bu barədə öz Twitter səhifəsində yazıb. "Facebook"dan ayrılıram.

Onun siyasi reklamında icazə verilən yalan məlumatlar axınından məmnun deyiləm, eyni zamanda istifadəçilərin şəxsi məlumatlarını qorumaq qabiliyyətindən də əmin deyiləm", deyə Kinq yazıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə