Çinə daha bir zərbə: ABŞ şirkətlərini bağlayır

Çinə daha bir zərbə: ABŞ şirkətlərini bağlayır

"Apple" şirkəti Çində meydana gələn koronavirus xəstəliyinə görə ölkədəki bütün mağazalarını bağlayır. Şirkətin rəsmiləri verdikləri açıqlamada bildiriblər ki, 200- dən çox insanın ölümünə səbəb olan və 20-dən çox ölkəyə yayılan bu xəstəliyə görə Çindəki bütün "Apple" mağazaları fevralın 9-dək bağlanacaq.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ticarət naziri Uilbur Ross qatıldığı televiziya proqramındakı çıxışında Çində olan ABŞ şirkətlərinin ölkəyə qayıdacağını söyləyib. O həmçinin Çindəki epidemiyanın bu ölkədəki müəssisə və fabriklərin bağlanmasına, bunun da ABŞ, Meksika və Şimali Amerikada məşğulluğun artmasına səbəb ola biləcəyini də qeyd edib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə