Böyük Britaniya 47 illik əməkdaşlıqdan sonra rəsmi olaraq Avropa Birliyinin tərkibindən çıxıb. Britaniyanın Baş naziri Boris Conson ölkənin yeni bir dövrə qədəm qoyduğunu açıqlayıb. O, bunu bir son deyil, yeni bir dövrün başlanğıcı və böyük bir beynəlxalq dəyişiklik kimi dəyərləndirib.
Qeyd edək ki, Böyük Britaniya Avropa Birliyinə 1973-cü ildə qoşulub və dünən 23:00 radələrində rəsmi olaraq ittifaqın tərkibindən çıxıb.
Britaniyanın müxtəlif yerlərində insanlar “Brexit Günü”nü qeyd ediblər. Brexit Partiyasının lideri Nigel Farac bu günün Britaniya üçün xüsusi bir gün olduğunu qeyd edib: “Gəlin bu günü heç vaxt etmədiyimiz kimi qeyd edək! Bu müasir dövrün ən böyük hadisəsidir!”.
Belə ki, ilk növbədə Birləşmiş Krallığın bayrağı Avropa Birliyinin Brüsseldəki qərargahından endirilib. Nazilər Kabineti Brexit lehinə anons verən ilk şəhərdə toplanıblar. Bu münasibətlə hökümət binaları Britaniya bayrağını əks etdirən şəkildə işıqlandırıb.
Beynəlxalq aləm isə bu hadisəni birmənalı qarşılamır. Çünki bu Britaniya üçün Avropa məkanında bir çox şeyi dəyişəcək. Avropa Birliyi qanunlarının əksəriyyəti və sərbəst hərəkət etmə qanunun keçid dövrünün sona çatdığı 31 dekabr tarixinə qədər davam edəcəyi gözlənilir. Bu dövr ərzində Böyük Britaniya Avropa Birliyinin Kanada ilə də bağladığı sərbəst ticarət müqaviləsinə qoşulmağı hədəfləyir. Lakin, Avropa liderləri Britaniyanın çətin bir missiya ilə qarşı-qarşıya olduğunu xəbərdar ediblər.
Siyasətçilərin fikrincə Britaniya bundan sonra Avropa Birliyi ilə iqtisadi məqsədləri hədəfləyən 100-dən çox müqavilə bağlamalıdır. İqtisadi vəziyyətini sabit saxlamaq üçün ABŞ və Yaponiya kimi qlobal iqtisadiyyatı güclü olan dövlətlərlə daha çox ticarət əlaqələri qurmağa ehtiyacı olacaq. Avropa Birliyi isə istənilən halda ticari dövriyyəsi yüksək olan bir ölkəni itirmiş olur. Lakin bu halın Almaniyanın iqtisadiyyatına müsbət təsir göstərməsi gözlənilir. Böyük Britaniyanın olmadığı bir arenada əsas işləklik Almaniyanın öhdəliyinə düşəcək.
Digər tərəfdən NATO və Avropa İttifaqı əlaqələrində Britaniyanın açar rolunu oynaması da ittifaq üçün vacib bir itki sayılır. Orta Şərq və Suriyadakı aktual problemlərin fonunda Britaniyanın Aİ-dən çıxması böyük bir boşluğa səbəb olacaq. Çünki münaqişədən əziyyət çəkən qaçqınların bir hissəsinə artıq Britaniya ərazisinə birbaşa yerləşdirmək mümkün olmayacaq.
Britaniya üçün müsbət proqnozlar da vədd edilir. Belə ki, Böyük Britaniyanın hər il büdcəsi artdıqca Avropa Birliyindəki büdcə yükü də artırdı. Bu da Britaniya üçün neqativ bir hal idi. İkinci əsas cəhət isə sterlinqin dəyərinin daha da artması məsələsidir.
Bütün bu sadalananlara baxmayaraq Britaniya hökuməti və xalqı Brexit lehinə alınan qərardan razıdırlar. Lakin Avropa Birliyi üçün isə istənilən halda bu böyük bir itki hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB