Avropa İttifaqı yeni növ koronavirusun yayılmasının araşdırılması üçün 10 milyon avro verəcəyini açıqlayıb. Avropa Birliyi Komissiyasından verilən yazılı açıqlamada qrantın Avropa İttifaqının "Horizon 2020" tədqiqat və inkişaf proqramından köçürüləcəyi bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Ayrılan maliyyə vəsaiti virusun yayılma səbəbinin araşdırılmasına və eyni zamanda antivirusun tapılması, insanların bu virusdan qorunma üsullarının tətbiqinə yönəldiləcək.
Avropa İttifaqı Komissiyasının İnnovasiya, Tədqiqat, Mədəniyyət, Təhsil və Gənclik üzrə məsul üzvü Mariya Qabriel bildirib ki, məqsədimiz koronavirus epidemiyasının Avropa İttifaqında yayılması ehtimalını azaltmaqdır və sözügedən qrant sayəsində bu epidemiya haqqında daha çox məlumata sahib olacağıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB