ABŞ prezidenti Donald Tramp "Əsrin sazişi" adlandırdığı Yaxın Şərq sülh planı Fələstinin bir çox şəhərində ciddi şəkildə etirazlara səbəb olub. SİA Fələstinin Qızıl Aypara Cəmiyyətinə istinadən xəbər verir ki, İsrail əsgərlərinin hücumu zamanı 97 fələstinli xəsarət alıb.
Xəsarət alanların bir hissəsinin ambulator müalicə almaları üçün evə buraxıldığı, digərlərinin isə xəstəxanada müalicə olunduğu qeyd edilib. Açıqlamada həmçinin, yaralanan etirazçıların əsasən plastik güllələrdən və gözyaşardıcı qazın təsirindən xəsarət aldıqları bildirilib.
Müəllif: Leyla Qəniyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB