Rumıniyada 5,2 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rumıniya Yer Fizikasının İnkişafı Araşdırma Təşkilatı məlumat yayıb.
Təşkilatın məlumatına görə, 5,2 bal gücündə zəlzələ Rumıniyanın şərqində baş verib.
Təkanlar Bakı vaxtı ilə 5.26 radələrində müşahidə edilib və Vranca bölgəsində qeydə alınıb. Zəlzələnin ocağı 140 kilometr dərinlikdə yerləşir.
Dağıntılar və qurbanlar barədə məlumat verilməyib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB