4 ildir boynunda şinlə yaşayan timsahı qurtarana pul mükafatı -MARAQLI
İndoneziyada illərdir kömək gözləyən timsahın boynundakı motosiklet şinini çıxardaraq həyatda qalmağı bacaran şəxsə pul mükafatı vəd edilib. SİA bunu Xarici KİV-lərə istinadən xəbər verir.
İlk dəfə 2016-cı ildə Mərkəzi Sulavesinin paytaxtı Palunda çayda yaşayan timsahın boynunda bir təkər olduğu ortaya çıxıb. Xilasedicilərin bütün səylərinə baxmayaraq, timsahı xilas etmək mümkün olmayıb. boynu əhatə edən motor şinlərinin tədricən heyvanda tənəffüs problemləri yaratdığı müşahidə edilib.
Çarəni özünə güvənən heyvan dostlarından kömək istəməkdə görən səlahiyyətlilər, "peşəkar" könüllüləri təşviq etmək üçün pul mükafatları qoyurlar. 4 metr uzunluğundakı heyvanla qarşı-qarşıya gələrək həm həyatda qalmağı bacarıb, həm də timsahı qurtarmağı bacaran şəxsə nə qədər mükafat veriləcəyi açıqlanmayıb. Vəhşi Təbiəti Mühafizə Agentliyinin rəsmiləri şəhər sakinlərinə timsaha yaxınlaşmamağı və heyvanı narahat etməmələrini xatırladaraq, yalnız əvvəllər vəhşi heyvanlarla işləmiş insanlar axtardıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB