İsrail prezidenti Türkiyəyə dəvət edilib

İsrail prezidenti Türkiyəyə dəvət edilib

İsrail prezidenti Türkiyəyə dəvət edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata İsrail prezidenti Şimon Peres İstanbulda may ayında BMT-nin təşkil edəcəyi Ən Az İnkişaf etmiş Ölkələrin IV Konfransında iştirak edə bilər.

 

İsrail radiosu Ş.Peresin Türkiyəyə dəvətin prezident Abdullah Güldən gəldiyini xəbər verib. Radionun xəbərinə görə, Peres təxminən bir ay əvvəl aldığı dəvətə hələ cavab verməyib. İsrailin "Jerusalem Post" qəzeti də rəsmi mənbələrin bu dəvətin böyük ehtimalla iki ölkə arasındakı buzları qırmaq məqsədilə deyil, konfransın BMT dəstəyi ilə keçiriləcəyinə görə bütün üzv ölkələrə göndərilən bir dəvətnamə olduğunu söylədiklərini yazıb.

 

Digər bir məlumata görə, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin də İsrail Parlamentinın (Knesset) başçısı Reuven Rivlini konfransa dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə