Venesuelada yük maşınının qəza törətməsi nəticəsində azı 11 nəfər yaralanıb

Venesuelada yük maşınının qəza törətməsi nəticəsində azı 11 nəfər yaralanıb

Venesuelanın qərbində yük maşınının qəza törətməsi nəticəsində azı 11 nəfər yaralanıb.

SİA xəbər verir ki, bu barədə "El Nacional" qəzeti məlumat yayıb. Hadisə çərşənbə günü Barinas və Taçira qərb əyalətlərini birləşdirən magistral yolda baş verib.

İlkin məlumatlara görə, yük maşınının əyləc sisteminin işləməməsi səbəbindən sürücü idarəetməni itirib və bir neçə avtomobilə çırpılıb. Toqquşma nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı istintaq başladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə