Hindistanda qızına ad gün keçirən kişi evində 20-dən çox uşağı girov götürüb

Hindistanda qızına ad gün keçirən kişi evində 20-dən çox uşağı girov götürüb

Hindistanın Uttar-Pradeş ştatında bir kişi evində təxminən 20-dən çox uşağı girov götürüb.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, polis dərhal uşaqların xilas edilməsi istiqamətində əməliyyata başlayıb.

Yerli KİV-in məlumatına görə, əvvəllər qətldə günahlandırılan Fərruxabad sakini Sureş Batam adlı kişi uşaqları qızının ad gününə dəvət edib və onları girov götürüb.

Uttar-Pradeş polisinin rəhbəri bildirib ki, vəziyyəti nəzarət altına almaq üçün xüsusi təyinatlılar cəlb edilib: “Vəziyyəti izləyirik. Məqsədimiz uşaqları xilas etməkdir”.

Bildirilib ki, girovların sayı məlum deyil. Yerli sakinlər evdə 20-25 uşağın, cinayətkarın həyat yoldaşının və biryaşlı qızının olduğunu ehtimal edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə