Çilidə etirazlar, ölən var

Çilinin paytaxtında etirazlar zamanı bir nəfər ölüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BioBio Çili radiosu məlumat yayıb.

Məlumata görə, Çilinin paytaxtında dünən gecə başlayan və bütün gecə davam edən etirazlarda bir nəfər ölüb, 33 polis yaralanıb.

Xatırladırıq ki, iğtişaşlara çevrilən nümayişlər çərşənbə axşamı keçirilən matçdan sonra polis maşınının “Kolo-Kolo” futbol klubunun azarkeşinin üzərindən keçməsi səbəbi ilə onun ölümündən sonra başlayıb.

Cümə axşamı səhər verilən məlumata görə, nümayişçilərdən biri etirazlar nəticəsində ölüb, 41 nəfər nəzarətə alınıb. Ancaq bu göstəricinin arta biləcəyi də qeyd olunur. Qeyd olunur ki, artıq bir neçə avtobus yandırılıb və supermarketlər qarət edilib. Bundan əlavə, polis məntəqələrinə hücumlar da qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə