Moskvada bir təyyarə qadın sərnişinin partlayış təhdidi səbəbindən təcili eniş edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə bölgənin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verib.
Fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novostiyə bildirib ki, Simferopoldan gələn S7 təyyarəsi Domodedovo Hava Limanında göyərtədəki insanlarla bərabər dayanacağa çəkilir.
"Sərnişinlərdən biri partlayış təhdidi edir", deyə agentliyin sözçüsü bildirib.
Onun sözlərinə görə, təyyarədə 195 nəfər var. Həmçinin qeyd edib ki, bir qadın sərnişin keçidə daxil olub və partlayıcı qurğunun olduğunu söyləyib.
Hava limanının mətbuat xidmətindən verilən məlumata görə, təhlükəsizlik işçiləri "lazımi tədbirlər" həyata keçirirlər.
Digər təfərrüatlar hələ dəqiqləşdirilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB