Rusiya AŞPA-nın öhdəliklərin yerinə yetirilməsinə dair qətnaməsinə qarşı səs verəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu nümayəndə heyətinin rəhbəri Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy jurnalistlərə deyib.
“Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası Komitəsinin Avropa Şurası ölkələrinin öhdəliklərinin yerinə yetirilməsinə dair monitorinqlə bağlı qərarının əleyhinə səs verəcək. Çünki Rusiya sərt yanaşmadan məmnun deyil”, deyə vitse-spiker bildirib.
Xatırladırıq ki, AŞPA cümə axşamı plenar iclasında Avropa Şurasının 2019-cu ilin yanvar-dekabr ayları üçün öhdəliklərinin icrası ilə bağlı qətnaməni müzakirə edəcək. Sənəddə insan haqlarına hörmətlə bağlı vəziyyət, AİHM-in qərarına, Krım məsələsinə dair Rusiyaya qarşı bir sıra iddialar ifadə edilib. Həmçinin sənəddə Rusiyanın Ukraynadakı Malayziya Boeing faciəsində iştirak etməsi də qeyd olunur. Bəzi nümayəndə heyətləri, xüsusən də Ukrayna və Gürcüstan, bu sənədə bir sıra Rusiya əleyhinə düzəlişlər ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB