Yunanıstan sahillərində 5.9 bal gücündə zəlzələ baş verib. SİA RenTv-yə istinadən xəbər verir ki, məlumatı Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Məlumata görə, Yunanıstanın Dodekanes adaları sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlərin episentri əlli minə yaxın insanın yaşadığı Rodosdan 144 kilometr məsafədə olub. Zəlzələnin ocağı iki kilometr dərinlikdə yerləşirir.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilməyib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB