Ehtiyatsızlıq pilotun canı bahasına başa gəldi

Ehtiyatsızlıq pilotun canı bahasına başa gəldi

ABŞ-ın Florida ştatında aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, hərbi-hava akrobatları tərəfindən nümayiş olunan aviaşou zamanı "YAK-52" markalı təyyarə yerə çıpılaraq alışıb. Nəticədə, təyyarənin pilotu ölüb. Yerdə xəsarət alan olmayıb.

 

İlkin ehtimala görə, hadisəyə pilotun ehtiyatsızlığı səbəb olub. Qəza ilə əlaqədar aviaşou təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə