Çində dördmərtəbəli bina uçub, 9 nəfər ölüb

Çində dördmərtəbəli bina uçub, 9 nəfər ölüb

Çinin cənubunda yerləşən Quyçjou vilayətində uçqun baş verib. SİA-nnı rus mətbuatına istinadən verdiyi məlumata əsasən, Quyan şəhərində tikilməkdə olan dördmərtəbəli binanın uçması nəticəsində 9 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə