Əfqanıstanda təyyarə qəzası: sərnişinlərdən xəbər yoxdur

Əfqanıstanda sərnişin təyyarəsi qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Əfqanıstanda dövlətə məxsus "Ariana Afgan" şirkətinin sərnişin təyyarəsi Heratdan Kabilə uçarkən Qazni əyaləti yaxınlarında qəzaya uğrayıb.

Qəzanın səbəbi hələlik bilinməsə də, xilasetmə dəstələrinin hadisə yerinə cəlb edildiyi açıqlanıb.
“Ariana Afgan” Hava Yolları rəhbərliyi isə hökumət rəsmilərinin açıqlamasını təkzib edərək şirkətlərinə aid hər hansı bir təyyarənin qəzaya uğramadığını söyləyib.
Təyyarədə 83 nəfərin olduğu bildirilir.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə