Kardaşyan ailəsi basketbolçu Kobe Bryantın ölümü ilə əlaqədar yas saxlayır. SİA xəbər verir ki, bu barədə erməni əsilli porno ulduz özünün instaqram səhifəsində yazıb.
Kardaşyan ailəsi, yeniyetmə qızı ilə vertolyot qəzasında ölən məşhur Amerikalı basketbolçu Kobe Bryantın ölümü ilə əlaqədar matəm keçirir.
Porno ulduz Kim Kardaşyan İnstaqram səhifəsində yazdığı kimi, hazırda ürəyi çox ağrılıdır.
"Bu, hamımıza çox təsir edib, amma Vanessanın (Bryantın arvadı) ərini və qızını necə itirdiyini təsəvvür edə bilmirəm. Sadəcə buna görə ağlayıram. Bryantın ailəsi, yaxınları üçün dua edirəm", deyə erməni əsilli pornoulduz bildirib.
Xatırladırıq ki, daha əvvəl xəbər verildiyi kimi, idmançıya məxsus xüsusi helikopter yanvarın 26-da Los-Anceles (ABŞ) yaxınlığında qəzaya uğrayıb. Qəzada pilot, Bryant və 13 yaşlı qızı Gianna da daxil olmaqla səkkiz sərnişin həyatını itirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə