ABŞ-ın Dövlət katibi Maykl Pompeo fevralın-2-3-də Özbəkistanda səfərdə olacaq. SİA Özbəkistan mətbuatına istinadla xəbər verir ki, səfər müddətində Maykl Pompeo Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə və Xarici işlər naziri Əbdüləziz Kamilovla görüşəcək. Dövlət katibi Daşkənddə “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatında keçiriləcək nazirlərin görüşündə də iştirak edəcək.
Məlumata görə, tədbirdə Maykl Pompeo ABŞ-ın Mərkəzi Asiya üzrə yeni strategiyasına müvafiq olaraq bu ölkələrə dəstəyini təsdiq edəcək.
Görüşə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri qatılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB