Argentinanın şimalında 5,5 bal gücündə zəlzələ olub

Argentinanın şimalında 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, təkanların episentri eyni adlı əyalətin inzibati mərkəzi olan Santiaqo-del-Estero şəhərindən 121 km şimal-şərqdə olub. Zəlzələnin mərkəzi 560 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib

Bütün xəbərlər Facebook səhifəmizdə