Liviyadakı hərbi əməliyyat ABŞ-a neçəyə başa gəlib?

Liviyadakı hərbi əməliyyat ABŞ-a neçəyə başa gəlib?

Martın 19-dan 28-nə kimi ABŞ Liviyadakı əməliyyatlara 550 mln dollar xərcləyib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Pentaqonun rəsmi nümayəndəsi deyib. Belə ki, xərclərin 60 faizə yaxını Müəmmar Qəddafinin ordusunun məhv edilməsində istifadə edilən raket və bombalara xərclənib. Digər pullar isə Birləşmiş Ştatlar ordusunun hazırlanması, təşkili və Hərbi Hava Qüvvələrin istifadəsində olan təyyarələrin yanacağına sərf olunub.

 

Pentaqonun nümayəndəsi bundan sonra hərbi əməliyyatlara ayrılan vəsaitin miqdarını deməkdən çəkinsə də yaxın üç həftə ərzində təxminən 40 mln dollar xərclənəcəyini bildirib.

 

Eyni zamanda ABŞ Müdafiə Nazirliyi də hərbi əməliyyatlarda istifadə olunan raket və bombalar barəsində məlumat yayıb. Məlumatda deyilir: "Liviyada hərbi əməliyyatlar zamanı buraxılan 199 "Tomaqakov" raketlərin 192-si ABŞ-ın payına düşür. Hər bir raketin buraxılşı 1.5 mln dollara başa gəlib. Eyni zamanda əməliyyatlar zamanı koalisiya qüvvələri tərəfindən istifadə olunan 602 xüsusi lazer tipli raketlərin 455-i Birləşmiş Ştatların hesabına gerçəkləşib".

Bütün xəbərlər Facebook səhifəmizdə