Bu gecə Yaponiyada 4 zəlzələ qeydə alınıb

Bu gecə Yaponiyada 4 zəlzələ qeydə alınıb
Bu gecə Yaponiyanın şərq sahillərində yerləşən Xonsu adasında 5 bal gücündən az olmayan 4 zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ən güclü zəlzələ 5.8 bal gücündə qeydə alınıb. Zəlzələnin episentri Sakit okeanda Yaponiya sahillərindən 100-300 km məsafədə baş verib.

Qeyd edək ki, Xonsu adasında seysmoloji aktivlik martın 11-də Yaponiyada baş verən hadisədən sonra səngimək bilmir. Həmin vaxt Yaponiya 9 bal gücündə zəlzələ və 10 metr hündürlüyündə sunamiyə məruz qalıb. Dalğa Yaponiyada bir çox dağıntılara, çoxsaylı qurbanlara səbəb olub. Bu bölgədə son zəlzələ martın 29-da 6.4 bal gücündə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə