Filippinin kiçik bir kəndi get-gedə su altında qalır. SİA lenta.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, sakinlər ərazinin tədricən su altında qalmasına baxmayaraq nədənsə kənddən ayrılmaqdan imtina edirlər.

Dünyadakı elm adamları qlobal istiləşmə, buzlaqların əriməsi və yaxınlaşan iqlim fəlakətindən danışırlar. Dəniz səviyyəsinin bir neçə santimetr qalxması problemi ot örtüyünün Everest boyda böyüdüyü qədər uzaq və əhəmiyyətsiz görünə bilər, amma bu heç də belə əhəmiyyət verilməyəcək məsələ deyil. Kimsə istiləşmənin reallığından, acı nəticələrindən şübhələnsə də, Filippin sakinləri bunun fəsadlarını artıq yaşayırlar. Sitio Pariahan kəndi hər il bir az daha çox su altında qalır və insanların yaşadığı daxmalar artıq suyun ortasındadır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə