Ölümcül virusun yayılma xəritəsi

Ölümcül Çin koronavirusunun yayılması xəritəsi və arealı nəşr olunub . SİA lenta.ru saytına istinadən xəbər verir ki, monitorinq məlumatları BNO News tərəfindən yayımlanıb.

Hal-hazırda dünyada bu xəstəliklə əlaqədar 624 təsdiq edilmiş fakt, o cümlədən 17 ölümcül nəticə qeydə alınıb.
Yoluxmuş bölgələr arasında birinci yerdə Uhan bölgəsindəki Çin Hubey əyalətidir (444 hadisə və bütün ölümcül hallar orada qeydə alınıb). Ardınca Quanqun və Çjeszyan əyalətləri (müvafiq olaraq 32 və 17 hal)ikinci yerdədir. Ümumilikdə, Çindən kənarda isə, ən çox Taylandda yeddi koronavirus daşıyıcısı aşkarlanıb.

Xatırladırıq ki, virusun insandan insana ötürüldüyü məlumdur. İnfeksiyanın əsas əlamətləri arasında yüksək hərarət, halsızlıq və az miqdarda bəlğəmli öskürəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə