Prezident aksiyalarda ölənlərin sayını açıqlayıb

İsveçrənin Davos şəhərində təşkil edilən Dünya İqtisadi Forumunda çıxış edən İraq Prezidenti Berhem Salih ölkədə 3 aydan çox davam edən şiddətli aksiyalarda 600-dən çox nümayişçinin öldüyünü bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, İraqlı gənclərin uzun müddət iş imkanlarının genişləndirilməsi, xidmət sektorunun yaxşılaşdırılması və korrupsiyaya son verməsi üçün nümayişlərin təşkil olunduğunu etiraf edib.

Prezident həmçinin qanunsuz təşkilolunmuş aksiyalarda 600-dən çox günahsız gənclərin həyatını itirdiyini söyləyib və öz ölkəsinin bütün dövlətlərlə yaxşı münasibət qurmağa çalışdığını bildirib.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə