Aleut adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. SİA RİA Novostinin ABŞ Geoloji Xidmətinin informasiyasına əsasən verddiyi məlumata istinadən xəbər verir ki, cümə axşamı ABŞ-ın Alyaska əyalətinin bir hissəsi olan Aleutiya adaları yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib.
Məlumata görə Zəlzələ Moskva vaxtı ilə 08.53 qeydə alınıb. Zəlzələnin episentri Aleut Adaları sisteminə daxil olan Tanaga vulkanından 22 kilometr şərqdə yerləşib. Ocaq 10 kilometr dərinlikdə yerləşir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB