İranı sarsıdan xəbər: daha bir komandir öldürüldü

ABŞ tərəfindən Bağdadda öldürülən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymanidən sonra, başqa bir iranlı komandirin öldürülməsi xəbəri İranı sarsıdıb.

SİA-nın “Fars” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, İranın “Bəsic” xalq könüllülərinin komandiri Əbdülhüseyn Müjdəminin Şadeqan şəhərinin Darhovin qəsəbəsindəki evinə səhər saatlarında üzləri maskalı naməlum şəxslər tərəfindən hücum edilib. Komandir silahlı hücum nəticəsində ölüb. Şadeqan Valiliyi hücumla bağlı istintaq başladıldığını və ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə