Yaponiyanın şimal-qərbində gücü 4,5 baldan 6,1 baladək olan 14 zəlzələ baş verib

Yaponiyanın şimal-qərbində gücü 4,5 baldan 6,1 baladək olan 14 zəlzələ baş verib

Yaponiyanın şimal-qərbində gücü 4,5 baldan 6,1 baladək olan 14 zəlzələ baş verib. SİA-nın məlumatına görə, bunu ABŞ-ın Geoloji Xidməti yayıb. Belə ki, xəbərə görə zəlzələ ocağı 5,9 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Senday şəhərinin 109, Fukusima əyalətinin 163 kilometrliyində olub.

 

Xatırladaq ki, Yaponiyada 8,9 bal gücündə zəlzələ və bunun ardınca baş vermiş dəhşətli sunami nəticəsində ölənlərin rəsmi sayı 11 mini ötüb. Hökumət 17339 nəfərin itkin düşdüyünü bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə