Berlində Putinlə Boris Conson arasında ilk görüş baş tutub

Rusiya Prezidenti Vladimir Putin Berlində Liviya ilə bağlı danışıqlarda fasilə zamanı Böyük Britaniyanın Baş Naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula von der Lyayenlə görüşüb.

SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Vladimir Putin Boris Conson və Ursula von der Lyayenlə görüşlər keçirib. Görüşdə ikitərəfli münasibətlər, həmçinin beynəlxalq problemlər, o cümlədən Liviyadakı vəziyyətin tənzimlənməsi məsələləri müzakirə edilib”, - məlumatda belə deyilir.

Bu, Putinlə Conson arasında ilk şəxsi görüş idi. Bundan əvvəl Rusiya lideri britaniyalı həmkarına bir neçə dəfə – keçən ilin iyulunda Johnson ilk dəfə Baş Nazir seçiləndə və dekabr ayında növbədənkənar parlament seçkilərindən sonra yenidən bu posta təyin ediləndə – təbrik teleqramları göndərib.

Bütün xəbərlər Facebook səhifəmizdə