Ərdoğan: "İstanbul məsələsi bu şəxsin məsələsi deyil"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun ona ünvanladığı məktub barədə jurnalistlərin suallarını cavablandırıb. Teleqraf.com xəbər verir ki, Ərdoğan şəxsi məktub olduğundan detalları açıqlamayacağını söyləyib: “Şəxsi məktubu açıqlamağım düzgün olmaz. Kanal İstanbul məsələsi bu şəxsin məsələsi deyil. Kanal İstanbulda qərarlıyıq”.

Xatırladaq ki, Əkrəm İmamoğlu onun və fəaliyyəti haqda Ərdoğana yanlış məlumat verdiklərini, məktubda da bu haqda yazdığını açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə