Trampın impiçment prosesinə start verilib

ABŞ Ali Məhkəməsinin rəhbəri Con Roberts və senatorlar prezident Donald Trampın impiçment prosesinə başlamaq üçün and içiblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bununla da Nümayəndələr Palatasının dövlət başçısına qarşı irəli sürdüyü ittihamlar araşdırılacaq.

Bu müddət ərzində senatorlar münsif rolunu, bir qrup konqresmen ittihamçı, Roberts isə hakim rolunu oynayacaq. Senatorlar prezidentin günahı olub-olmaması barədə qərar qəbul edəcəklər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə