İran Ukrayna vətəndaşlarının cəsədlərini Kiyevə təhvil verməyə hazırdır

İranın Xarici İşlər naziri Zavad Zərif Ukraynanın xarici işlər naziri Vadim Pristayko ilə telefon danışığında Tehranın “Boeing” qəzasında həlak olan ukraynalıların cəsədlərini Kiyevə təhvil verməyə hazır olduğunu və eyni zamanda qara qutunun deşifrə edilməsində ukraynalı mütəxəssislərin köməyini qəbul edəcəyini söyləyib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında məlumat verilib.

“Söhbət əsnasında Cavad Zərif İranın Ukrayna vətəndaşlarının cəsədlərini təhvil verməyə və bu ölkənin mütəxəssislərinə qara qutunun açılmasında iştirak etməyə icazə verməyə hazır olduğunu açıqlayıb”, - deyə bildirilib.

V.Pristayko öz növbəsində, əməkdaşlığa və ölkəsinə məxsus təyyarənin vurulmasına görə məsuliyyəti öz üzərinə götürdüyünə görə İrana təşəkkür edib.

Qeyd ki, Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinın yanvarın 8-də Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğraması barədə məlumat yayılıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Daha sonra İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahı Ukraynaya mәxsus tәyyarәnin sәhvәn vurulduğu ilə bəyanat yayıb. Bәyanatda qeyd olunub ki, İranın İraqda ABŞ hәrbi bazasına hücumu vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsi İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirilib. İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar insan xәtasına görә üzr istәyib.

Bütün xəbərlər Facebook səhifəmizdə