Mi-8 vertolyotundan məcburi eniş - HARA?

Mi-8 vertolyotundan məcburi eniş - HARA?

Mi-8 vertolyotu çovğunun ötüb keçməsini gözləmək üçün avtomobil yoluna enib. SİA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

Sosial şəbəkə məlumatlarına və görüntülərinə görə, Yamburqda, Yamal yarımadasında vertolyot magistral yola enməli olub. Qeyd olunur ki, Mi-8 vertolyotu çovğuna düşüb və buna görə də kapitan yolda pis hava şəraitini gözləməyə qərar verib.

Beləliklə də, vertolyot dərhal yolun zolaqlarından birinə enib. Məlumatlara görə, vertolyotda heç kim xəsarət almayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə