Çində 5.3 bal gücündə zəlzələ baş verib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, Aksu əyalətindəki Sincan Uyğur Muxtar Bölgəsində titrəyiş qeydə alınıb. Zəlzələ ocağı 5 km dərinlikdə yerləşib.
Həmçinin məlumatda qeyd olunur ki, sözügedən Zəlzələ nəticəsində ölən və xəsarət alan yoxdur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB