Livanda etiraz aksiyalarında 35 nümayişçi yaralanıb

Livanda etiraz aksiyalarında 35 nümayişçi yaralanıb

Livanın paytaxtı Beyrutun Korneş Mezraa bölgəsində həbs edilmiş nümayişçilərin azad olunması tələbi ilə aksiya keçirərək yolları bağlayıblar. SİA xarici mətbuata istinadən xəbər verir ki, polis hadisənin baş verdiyi ərazidə nəzarəti ələ alıb.

Bildirək ki, yanvarın 14-də Beyrutun Korneş Mezraa bölgəsində hökumət əleyhinə etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələrinə daş və silahlarla hücum edilib, ərazidəki tikililərə xeyli ziyan dəyib. Polis qüvvələri bibər qazından istifadə edərək 59 nümayişçini saxlayıb.

Qeyd edək ki, Livan Qırmızı Xaç Komitəsindən verilən məlumata görə, Beyrutda polislə toqquşmalarda 35 nümayişçi yaralanıb, onlardan 15 nəfəri polis əməkdaşıdır.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə