Esper: Süleymaninin terror aksiyası törətmək istəyi barədə məndə heç bir sübut yoxdur

Esper: Süleymaninin terror aksiyası törətmək istəyi barədə məndə heç bir sübut yoxdur

General Qasım Süleymaninin ABŞ-ın region dövlətlərindəki 4 səfirliyinə qarşı terror aksiyası törətmək istədiyi barədə məndə heç bir sübut yoxdur.

SİA xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Mark Esper “Face the Nation” televiziya proqramına verdiyi müsahibədə deyib. Bildirib ki, Prezident Donald Tramp iranlı generalın cinayət törətmək məqsədinin olması barədə konkret fakt təqdim etməyib.

Eyni fikirləri ABŞ-ın dövlət katibi Mayk Pompeo da bildirib. O qeyd edib ki, generalın terror törətmək istədiyinə şübhə etmir. Lakin bu terrorun harada və necə törədiləcəyi barədə ABŞ-ın xüsusi xidmət orqanlarının məlumatı yoxdur.

Xatırladaq ki, yanvarın 3-də Bağdadın beynəlxalq hava limanına gələn general Q.Süleymani ABŞ təyyarələrinin bobardmanı nəticəsində həlak olub. Hava limanının bombalanması əmrini şəxsən prezident D.Tramp verib.

Bütün xəbərlər Facebook səhifəmizdə