İraqda ABŞ-a aid telekanal bağlandı

ABŞ İraq üzrə fəaliyyət göstərən və ofisi Bağdadda yerləşən əl-Hurra telekanalının fəaliyyətini dayandırmağa məcbur qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ ofisindən gələn tapşırığa əsasən və təhdidləri nəzərə alaraq, telekanal işini dayandırmaq və işçilərini evlərinə göndərməklə bağlı qərara gəlib. Əlavə edilib ki, carı ayın 15-i telekanalda son iş günü olacaq. Qeyd edək ki, İraq hökuməti bu telekanalı, Səudiyyə Ərəbistanı, BƏƏ və Kürdüstan Regional hökumətlərinin maliyyələşdirdiyi bir neçə telekanalın fəaliyyətini iğtişaşları dəstəklədiklərinə görə qadağan etmişdi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...