Çində yolun çökməsi nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb

Çində yolun çökməsi nəticəsində itkin düşənlərdən 6 nəfərinin cəsədi tapılıb

Çinin Çinxay vilayətində avtomobil yolunun çökməsi nəticəsində itkin düşmüş hesab olunanlardan 6 nəfərinin cəsədi tapılıb.

SİA xəbər verir ki, yanvarın 13-də axşamüstü Sinin şəhərinin əsas küçələrindən biri olan Nandaciedə baş verən hadisə zamanı marşrut avtobusu aşaraq iri dəliyə düşüb və ardınca partlayış baş verib. Dərhal əraziyə xilasedicilər, təcili yardım briqadaları cəlb olunub. Yerli səlahiyyətlilər 10 nəfərin itkin düdüyünü, 15 nəfər isə yaralı vəziyyətdə tapılaraq xəstəxanalara yerləşdirildiyini bildiriblər. Yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur.

Axtarış işlərinin nəticəsində indiyədək 6 nəfərin meyiti tapılıb. Hazırda axtarış işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə