“Brendan” fırtınası səbəbindən Böyük Britaniyada uçuşlar ləğv edilib
Böyük Britaniyada baş verən “Brendan” fırtınası səbəbindən uçuşlar ləğv edilib, bərə xidmətləri sıradan çıxıb.
SİA xəbər verir ki, bu səbəbdən Şimali İrlandiyada 5 min 400-ə yaxın ev elektrik enerjisiz qalıb, yollar bağlanıb və avtobus xidmətləri ləğv edilib.
Uelsdə elektrik xətləri üzərinə ağac düşməsindən sonra elektrik kəsilməsi nəticəsində bir məktəb bağlanıb.
Hidrometeorologiya Mərkəzindən belə hava şəraitinin 14 saatadək davam edəcəyi xəbərdarlığı olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB