İranla bağlı ABŞ Çindən nə tələb edib?

İranla bağlı ABŞ Çindən nə tələb edib?

ABŞ Çindən İran neftindən imtina etməsini tələb edib. SİA “Fox News”ə istinadən xəbər verir ki, ABŞ Xəzinədarlığının rəhbəri Stiven Mnuçinin sözlərinə görə, Tehranın Pekindən aldığı pullar Yaxın Şərqdəki terror qruplaşmalarının təchizatı üçün istifadə olunur.

Birləşmiş Ştatlar rəsminin sözlərinə görə, ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəliri 95%-ə düşüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə