Filippində üç yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlanılıb
Filippin hakimiyyəti Taal vulkanı ilə əlaqədar Batanqas əyalətində 3 yaşayış məntəqəsindən 89 min nəfərin evakuasiyasına başlayıb.
SİA "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.
Evakuasiya San Nikolas, Balete və Talisay şəhərlərini əhatə edir.
İnstitut partlayışdan sonra ərazidəki həyəcan səviyyəsini 3-ə qaldırıb. İnstitut Taal vulkanına yaxın ərazilərdən insanların evakuasiya olunmasını tövsiyə edib.
Bu gün vulkanının külləri 1 kilometr hündürlüyə qədər yayılıb. Ölən və yaralanan olmasa da, yerli səhiyyə qurumları vulkan külündən qorunaq üçün insanlara tüstü maskası taxmağı tövsiyə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB